Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 5 avqust, AZƏRTAC
Avstraliya Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətindən 11 ədəd yeni nəsil freqat alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marls məlumat verib. Nazir bildirib ki, layihənin dəyəri 6 milyard dollardır. Məqsəd köhnə “Anzac” tipli gəmiləri əvəzləməkdir. Bu həm də Avstraliya ilə Yaponiya arasında müdafiə sənayesi sahəsində ən böyük müqavilədir.