Avstriyada hakim koalisiya quruldu

27.02.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstriya Xalq Partiyası, Sosial Demokratlar və Yeni Avstriya - Liberal Forum respublikada keçirilən parlament seçkilərindən təxminən beş ay sonra koalisiya yaratmaq barədə razılığa gəliblər. 

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, sentyabrda keçirilən seçkilərdə birinci olan və anti-Rusiya sanksiyalarına qarşı çıxan Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyaya qoşulmayıb.

2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri keçirilib. Ölkə tarixində ilk dəfə olaraq anti-Rusiya sanksiyalarına və Ukraynanı dəstəkləməyə qarşı çıxan APS qalib gəlib. Səsvermə nəticəsində heç bir siyasi qüvvə vahid hakimiyyət üçün lazımi sayda deputat mandatı ala bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью