Avstriyada Kiyevə yardımla bağlı xarici işlər nazirinin istefası tələb edilir

26.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avstriyanın ən böyük müxalifət partiyası olan Avstriya Azadlıq Partiyasının baş katibi Mixael Şnödlitz xarici işlər naziri Beate Meinl-Reisingerin Ukraynaya humanitar yardımı 3 milyon avro artırmaq qərarını tənqid edərək onun istefasını tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Kurier" qəzeti Şnödlitzin sözlərinə istinadən yazıb.

"Böhrana baxmayaraq Avstriya xalqından pul götürüb korrupsiyalaşmış sistemə verən hər kəs Avstriya xalqının nümayəndəsi kimi istefa verməlidir", - o qeyd edib.

Siyasətçi əlavə edib ki, Ukrayna çoxdan "Vyananın milyardlarla dolları ehtiyatsızlıqla tökdüyü dibsiz uçuruma" çevrilib. Qəzet qeyd edib ki, Şnödlitz bazar günü Avstriya hakimiyyətindən Ukraynaya bütün ödənişləri dayandırmağı tələb edən bir bəyanat da dərc edib.

Daha əvvəl Avstriya kansleri Kristian Ştörker Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş qəbuluna qarşı çıxıb. Onun sözlərinə görə, Ukraynanın "Qərbi Balkan ölkələri kimi AB üzvü olmaq imkanı var." O, sürətləndirilmiş qəbul prosesinin tərəfdarı olmadığını və "qəbul meyarlarına cavab verilməli" olduğuna inandığını vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью