Avstriyada məktəbdə silahlı insident: şagird 8 nəfəri öldürüb

10.06.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriyanın Qraz şəhərində sensasiyalı hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, orta məktəblərin birində şagird qarşısına çıxanları güllələyib.

Məlumata görə, nəticədə aralarında müəllim və şagirdlərin də olduğu 8 nəfər ölüb, xeyli yaralı var: "Polisin ərazidə əməliyyatı davam etdirir. Hücum edənin sağ olub-olmadığı və hadisənin səbəbi hələlik məlum deyil".

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью