Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb

08.12.2024

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb

"Mondelez" qənnadı korporasiyası bəstəkar Volfqanq Amadey Motsartın adını daşıyan məşhur "Motsartkugel" şirniyyatlarının bir əsrdən çox istehsal olunduğu Zaltsburq şəhəri ətrafında yerləşən zavodun fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avstriyanın "Kurier" nəşri məlumat yayıb.

Qeyd olunur ki, zavod cümə günü şirniyyat istehsalı ilə bağlı 127 illik tarixinə son qoyaraq fəaliyyətini dayandırıb. Koronavirus pandemiyasının yaratdığı maliyyə problemləri səbəbindən müəssisə əvvəlki istehsal həcmlərini bərpa edə bilməyib. Əgər 2021-ci ilə qədər zavod ildə 12 min tona qədər məhsul istehsal edirdisə, son illərdə bu həcm bir tona qədər azalıb.

"Motsartkugel" resepti "Mondelez"in mülkiyyətində qalacaq. Şirkət istehsalı Polşa və ya Çexiyadakı fabriklərə köçürmək imkanını nəzərdən keçirir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью