Avstriyada santexnik 30 kiloqramlıq qızıl sikkə tapıb

22.11.2024

Ayna saytına istinadən Icma.az xəbər verir.

Sandığın içərisindəkilər santexniklə villanın sahibi arasında bərabər bölünəcək

Vyanada bir santexnik 30 kiloqram ağırlığında və 2,5 milyon dəyərində qızıl sikkə topası aşkar edib.

AYNA xarici mediaya istinadən bildirir ki, santexnik bunu şəhərin Pentsinq rayonundakı villada təmir işləri apararkən aşkar edib.

Usta zirzəmidə betonu sındırdıqdan sonra üzaərində bəstəkar Motsartın təsviri olan sikkələrin olduğu metal sandıq tapıb.

Britaniyanın “The Sun” qəzeti yazır ki, Avstriya qanunlarına görə, sandığın içərisindəkilər santexniklə villanın sahibi arasında bərabər bölünəcək.

Qeyd edilir ki, sikkələr İkinci Dünya müharibəsi zamanı basdırılmış ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью