Avstriyada sürət qatarı və yük maşını toqquşdu

26.05.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bu gün Avstriyada ağır yol qəzası baş verib.

BAKU.WS "steiermark.orf.at" xəbər saytına istinadən xəbər verir ki, günorta saatlarında sərnişin qatarı ilə yük maşını toqquşub.

Qəza şlaqbaumsuz dəmiryolu keçidində baş verib. Qəzadan sonra qatar və yük maşınında yanğın baş verib. Təcili əraziyə yanğınsöndürənlər, xilasedicilər, həkimlrə cəlb olunub. Eyni zamanda yaralıları evakuasiya etmək üçün əraziyə xilasedici helikopterlər cəlb edilib.

Qəza zamanı sərnişinlər, yük maşının sürücüsü ilə yanaşı yaxınlıqdakı tikinti sahəsində çalışan yeddi fəhlə də xəsarət alıb. Onlar tüstüdən zəhərləniblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью