Avstriyada Ukrayna kəşfiyyatçıları saxlanıldı

28.11.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstriya hüquq-mühafizə orqanları casusluqda ittiham olunan iki ukraynalı kəşfiyyat əməkdaşını yenidən saxlayıb. Bu barədə ORF telekanalı Ö1-Mittagsjournal-a istinadən məlumat yayıb.

“Yeni saxlanılmanın səbəbi götürülmüş məlumat daşıyıcılarının, məsələn, mobil telefonların və kompüterlərin təhlili ola bilər. Həmin cihazlarda iki kişinin Böyük Britaniyada da qanunsuz kəşfiyyat fəaliyyəti planlaşdırdığına dair sübutlar aşkarlanıb. Söhbət Ukraynada məhkəmə qarşısına çıxarılması arzu olunan şəxslərin oğurlanması istiqamətində hazırlıqlardan gedir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, həmin şəxslər iki həftə əvvəl həbsdən azad edilsələr də, sonradan yenidən saxlanılıblar.

İş məxfi xarakter daşıdığı üçün əlavə rəsmi məlumat açıqlanmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью