Avstriyadakı bir fermada alətlərdən istifadə edə bilən qeyri adi ağıllı inək yaşayır (VİDE…
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Avstriyanın fermalarından birində "Veronika” adlı inək yaşayır və o, alətlərdən istifad
Üstəlik, bu bacarığı ön ayaqları tam inkişaf etmiş bir çox heyvandan heç də geri qalmır.
Qaynarinfo iflscience.com-a istinadən xəbər verir ki, inək bel və yan tərəflərində çətin çatılan yerləri qaşımaq üçün müxtəlif alətlərdən istifadə edir.
Onun "arsenal”ına süpürgə, dırmıq və sadə uzun çubuqlar daxildir.
İnəyin sahibi, fermer və çörəkçi Vitqar Viqele bildirir ki, Veronika aləti gördüyü anda dərhal ondan istifadə edir.
Onun sözlərinə görə, inək bu davranışı üç yaşında ikən nümayiş etdirməyə başlayıb.
Hazırda Veronikanın 13 yaşı var və o, texnikanı mükəmməl şəkildə mənimsəyib: çubuğu çənəsi ilə sıxaraq uzun alətlərlə bədəninin demək olar ki, hər hissəsini qaşıya bilir.
Bundan əlavə, Veronika süpürgənin tüklü və tüksüz ucunu bir-birindən ayırd edir və vəziyyətə uyğun istifadə edir.
Tam oxu
Xəbəri oxu