Avstriyadan Ukraynaya jest: Həmişə hazırıq

07.12.2024

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avstriya kansleri Karl Nehammer Vyananın Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kansler “X” hesabında məlumat yayıb.

“Vyana neytral dövlətin paytaxtı kimi gələcək sülh danışıqları üçün platforma olmağa həmişə hazırdır”, -deyə Karl Nehammer bildirib.

Kansler qeyd edib ki, dialoq zamanı hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün birgə səylər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью