Avstriyanın ən gözəl qızı 22 yaşında dünyasını dəyişdi

09.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə "Musa Vyana" və "Musa Avstriya" gözəllik müsabiqələrinin qalibi olmuş Luçiya Şişiç 22 yaşında vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə səbəb ürəyindəki problem olub.

Luçiya uşaq ikən ürəyində qüsur aşkarlanıbmış. Bu üzdən o, 7 dəfə əməliyyat olunubmuş. Sonuncu əməliyyat ötən il aparılıb.

Qeyd edək ki, maliyyə çatışmazlıqlarına görə 2 ildir ki, Avstriyada gözəllik müsabiqəsi keçirilmıyib və Şişiç geridə qalan illərdə Avstriyanın ən gözəl qızı olaraq qalırdı.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью