Avstriyanın xarici işlər naziri Şallenberq kansler səlahiyyətlərini icra edəcək AZƏRTAC

10.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 yanvar, AZƏRTAC

Bu gün Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq kanslerin səlahiyyətlərini icra edən şəxs qismində and içib.

AZƏRTAC xəbər verir ki, Şallenberq ötən həftəsonu ifrat sağçılar olmadan mərkəzçi koalisiya hökuməti qurmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra istefa vermiş həmkarı mühafizəkar Karl Nehammeri əvəz edib.

Eyni zamanda, Aleksandr Şallenberq Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə davam edəcək. O, ifrat sağçı Avstriya Azadlıq Partiyası ilə yeni koalisiya hökuməti qurulana qədər kansler olaraq qalacaq.

Ötən gün Vyana və Avstriyanın digər şəhərlərində ifrat sağçıların hakimiyyətə gəlməsinin əleyhinə çıxış edən on minlərlə insanın iştirakı ilə nümayişlər olub. İlk olaraq Avstriya Xalq Partiyası (OVP) Avstriya Azadlıq Partiyasını (FPO) koalisiya hökumətinin tərkibinə buraxmamağı planlaşdırırdı, lakin Sosial Demokratlar və liberal NEOS ilə danışıqlar uğursuz oldu. Bununla əlaqədar Karl Nehammer kansler və Avstriya Xalq Partiyasının lideri vəzifəsindən istefa verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью