Avstriyanın yeni kanslerinin adı açıqlanmır

05.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstriyanın yeni kansleri hazırkı hökumət başçısı Karl Nehammerin istefasından sonra gələn həftədən vəzifəsinin icrasına başlayacaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Van der Bellen məlumat verib. 

"Karl Nehammer vəzifəsini tərk etdikdən sonra Avstriyada keçid dövrü üçün yeni kansler olacaq", - Bellen ifadə edib. 

O, yeni kanslerin namizədliyi ilə bağlı ətraflı məlumat verməyib. Onun adı da açıqlanmır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью