Avtobus aşdı 7 nəfər öldü

23.11.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meksikanın qərbindəki Miçoakan ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Avtosfer.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, turist avtobusu Uruapandan çıxıb və Tlalpuhaya bələdiyyəsinə gedirmiş. Naməlum səbəbdən sürücü idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Qəza yerində təcili yardım xidmətləri işləyir.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью