Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
20 Yanvar metrostansiyasından Saray qəsəbəsi istiqamətində hərəkət edən 508 nömrəli marşrut avtobusu növbəti dəfə Bakı-Sumqayıt yolunda xarab olaraq yolda qalıb.
Bakıvaxtı.az xəbər verir ki, yaxınlıqda hər hansı dayanacaq olmadığı üçün sərnişinlər məcburi şəkildə magistral yolun kənarında digər avtobusu gözləməli olublar.
Jurnalist Mərahim Nəsibin sosial şəbəkə hesabında verdiyi məlumata görə, sərnişinlər analoji halların dəfələrlə təkrarlandığını bildirirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək heç bir nəticə əldə olunmayıb və problem həllini tapmamış qalır.
Murad İsmayıl