Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva vilayətində avtobus dayanacağında maral müşahidə olunub.
Redaktor.az xəbər verir ki, heyvanın nəqliyyat vasitəsinə baxdığı anın fotosunu “Moskvaç” teleqram kanalı paylaşıb.
Maral Balaşixa şəhərində görülüb.Bu, son zamanlar Moskva vilayətində müşahidə olunan yeganə maral deyil. Təxmin edilir ki, marallar soyuqlar səbəbindən meşədən çıxmağa başlayıblar.
Maralların yollarda və yaşayış məntəqələrində kütləvi görünməsi ilə bağlı Moskva bölgəsi yol polisi sürücülərə meşəyə yaxın ərazilərdə və maralları gördükdə sürəti minimuma endirməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI