Avtobus dayanacağında partlayış baş verib, 9 nəfər ölüb

02.06.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Nigeriyada “Boko Haram” terror qruplaşmasının avtobus dayanacağında yerləşdirdiyi partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 9 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Trust” qəzeti məlumat yayıb

Hadisə Borno ştatının Quzamala rayonundakı Mairari kəndində baş verib. Xəsarət alan şəxslərin sayı açıqlanmayıb.

Borno ştatının spikeri Əbdülkərim Lovan hücumu qeyri-insani adlandırıb və hərbçiləri terrorla mübarizədə qəti addımlar atmağa çağırıb.

Qeyd edək ki, Nigeriya ordusu ölkənin şimalında xüsusi əməliyyat keçirir və bu əməliyyat zamanı mayın 30-da “Boko Haram”ın liderlərindən biri olan Əmir Əbu Fatimə öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью