Avtobus dayanacağının nişanı var, özü isə yoxdur Sərnişinlərdən ŞİKAYƏT

02.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakının 8 noyabr prospektində avtobus dayancağını göstərn nişan var, amma dayanacağın özü yoxdur.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusən havanın küləkli və yağışlı olduğu ərəfələrdə avtobus gözləyən sərnişinlər üçün bu vəziyyət narahatlıq yaradır.

Sakinlər bildirirlər ki, əvvəl bu ərazidə, dayanacaq quraşdırılmışdı, ancaq sonradan yığışdırılıb.

Prospekt boyunca bir çox yerdə sadəcə dayanacağın olduğunu bildirən lövhələr quraşdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, mərhələli qaydada dayanacaq pavilyonları yenilənir.

Sözügedən ərazidə də bu isitqamətdə işlər həyata keçirilir.

Ətraflı süjetdə:

Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью