Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Hər birimiz günümüzün müəyyən hissəsini ictimai nəqliyyatdan istifadə edərək keçiririk.
Şəhərin müxtəlif yerlərində avtobus dayanacaqları quraşdırılıb ki, sakinlərin gözləmə zamanı rahatlığı təmin edilsin.
Amma bəzi dayanacaqlarda yalnız nişan var, fiziki dayanacaq – dam, oturacaq və qoruyucu quruluş isə yoxdur.
Belə hallarda insanlar həm qışın sərt soyuğunda, yağışında, həm də yayın yandırıcı istisində çətinliklərlə üzləşirlər.
Maraqlıdır, şəhər sakinləri bu barədə nə düşünür? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib.
Şəhər sakini Yeganə Ağayeva: “Düzdür, yaxşı dayanacaqlarımız da var, hətta özüm şahidi olmuşam ki, bir dayanacağa divan qoymuşdular insanların rahat əyləşməsi üçün.
Amma bununla yanaşı elə yerlər var ki, yalnız avtobus nişanı var, fiziki dayanacaq isə yoxdur.
Bu isə xüsusilə mənim kimi yaşlı adamlara problem yaradır. İndi havalar yaxşı keçir deyə çox hiss olunmur, amma qarşıdan qış gəlir qar, yağı