Avtobus dərəyə aşdı 28 ölü, yaralılar var

15.06.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Efiopiyada ağır yol qəzası baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dessi şəhərindən paytaxt Əddis-Əbəbəyə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 28 nəfər həyatını itirib. Yerli media xəsarət alanların da olduğunu bildirir, lakin onların dəqiq sayı hələlik açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью