Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11.02.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.

Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.

Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.

Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью