Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın qərbindəki dağlıq bölgədə baş verən avtobus qəzası nəticəsində azı 40 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zhob rayon təcili yardım mərkəzinin rəhbəri Sanaullah Şerani məlumat verib. O qeyd edib ki, Kvettadan Peşəvərə gedən avtobus Dana Sar dağlıq bölgəsində 21-24 metr dərinliyi olan dərəyə düşüb:
“40 nəfər ölüb, 11 nəfər yaralanıb. Qəza dağlıq ərazidə baş verib, ona görə də xilasetmə qrupları əməliyyatın ilkin mərhələsində ciddi çətinliklərlə üzləşiblər”.
Aydın