Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT

13.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Paytaxtın Nizami rayonunda "8-ci kilometr bazarı" adlanan ərazidə avtobusların düzgün dayanmaması sıxlığın yaranmasına və digər sürücülərin haqlı narazılığına gətirib çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə müraciət daxil olub.

Bildirilib ki, avtobusların yanlış dayanması nəticəsində yolun 3 zolağı tutulub. Bu da yolun həmin hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib.

Sözügedən görüntüləri təqdim edirik:

Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью