Avtobus sürücüsü sərnişinləri təhdid etdi

18.12.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avtobus sürücüsü sərnişinləri təhdid etdi

İstanbulun Sarıyer səmtindəki avtobusda saat 09:00 radələrində "gediş haqqı" mübahisəsi baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, avtobusun sürücüsü 20 nəfərin 18 lirəlik yol haqqını ödəmədiyini bildirərək reaksiya verib.

Rüsumun ödənilməməsinə reaksiyasını davam etdirən mikroavtobus sürücüsü "Bunu verəcəksən, verməsən, qapını açmayacağam deyirəm. Fikrim ciddidir" - deyib. Bir müddət sonra mikroavtobusda olan sərnişinlərdən bəziləri gediş haqqını uzadıb.

Bundan başqa, nəqliyyat vasitəsində olan bəzi sərnişinlər işə gecikdiklərini bildirərək mikroavtobusun qapılarının açılmasını istəyiblər. Sərnişinlərdən biri sürücüyə "Onda bu işlə məşğul olma. İlk dəfədir belə bir şey görürəm" - deyərək reasiya verib. Baş verənlər sərnişinlərin mobil telefon kameralarına saniyə-saniyə əks olunub.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью