Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və “Xəzər Xəbər”in vatsap qaynar xəttinə göndərilib.
Məlumata görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub.
Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib.
Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.
Məlum olub ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.
Həmin şəxs iddiaları təkzib edib: “Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim.