Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda daha bir avtobus sürücüsünün hərəkəti vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsində təlim avtomobili idarə edən şəxs Ziya Bünyadov prospekti ilə kəsişməyə dönərkən piyadalara yol verib.
Bu zaman onun arxasınca irəliləyən 90-MH-118 qeydiyyat nişanlı “İsuzu” markalı 70 nömrəli marşrut avtobusunun sürücüsü uzun müddət siqnal verib.
Minik avtomobilinin sürücüsünü tələsməyə vadar edən avtobus sürücüsünə təlimçi Arzu Babazadə cavab verməli olub.
Daha sonra avtobus sürücüsü təhlükəsizlik adacaığının ətrafındakı bariyer rolu oynayan tumbaları əzərək adacığa, daxil olub və Ziya Bünyadov prospektində axına əks hərəkət edib.
Səfər Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.