News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Boliviyada sərnişin avtobusu 800 metrlik uçuruma yuvarlanıb.
Polis rəsmilərinin verdiyi açıqlamada, Petosi şəhərindən yola çıxan avtobusun Yocalla qəsəbəsində 800 metrlik uçuruma düşdüyü bildirilib.
News24.az xəbər verir ki, açıqlamada qəzada 31 nəfərin öldüyü, bəzilərinin ağır olmaqla 15 nəfərin yaralandığı bildirilib.
Qəza yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Axtarış-xilasetmə işləri çətin relyefə malik olduğu üçün çətindir.
Qəzaya aydınlıq gətirmək üçün genişmiqyaslı araşdırmalara başlanıldığı bildirilib.
Günel Məlikzadə