Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonunun Saray qəsəbəsində bəzi küçələrin yararsız halda olması sakinlərin narazılığına səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Durumu izah edən şikayətçi deyib ki, qəsəbənin Vüqar Rüstəmov və Natəvan küçələri çox acınacaqlı vəziyyətdədir:
"Bu gördüyünüz yol hansısa bir ucqar kənddə deyil. Saray qəsəbənin içərisində hərəkət edən 522 nömrəli avtobusun yoludur. Yağışdan sonra bura elə vəziyyətə düşür ki, nəinki avtobus, heç bir maşın bu küçələrə girmək istəmir. Öz maşınımızla hərəkət edəndə avtomobilin detalları sıradan çıxır. Taksilər də bura gəlməkdən imtina edirlər".
Saray bələdiyyəsindən bildirilib ki, sözügedən küçələrdə hər il qəsəbə bələdiyyəsi tərəfindən cari təmir işləri aparılır:
"Küçələrin əsaslı təmiri qəsəbə bələdiyyəsinin bu il üçün tədbirlər planına daxil edilib. Büdcə imkan verdikcə nəzərdə tutulan işlər həyata keçiriləcək".
Oxunub 18