Avtobus xəndəyə yuvarlandı: Ölən və yaralananlar var

27.12.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Norveçdə ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Norveçin şimal-qərb sahillərindəki Hadsel bölgəsində sərnişin avtobusu xəndəyə yuvarlanıb. Polis qəza nəticəsində azı 3 nəfərin öldüyünü, 4 nəfərin isə ağır yaralandığını bildirib. Avtobusda 58 nəfərin olduğunu bildirən səlahiyyətlilər, avtobusun yoldan çıxaraq Asvatnet gölünə düşdüyünü bildirib. Qəzada 3 nəfər helikopterlə Stokmarknes xəstəxanasına, digər sərnişinlər isə yaxınlıqdakı məktəbə aparılıb.

Eltac 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью