Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Hövsan qəsəbəsində yerləşən MİDA 1 yaşayış kompleksi ərazisində hərəkət edən 120 E nömrəli marşrut avtobusunun sürücüsünün yüksək sürətlə idarəetmə həyata keçirdiyi iddia olunur.
BAKU.WS-in "Qaynar xətt"inə daxil olan məlumata görə, hadisə yaşayış məntəqəsində baş verib.
Bildirilir ki, sürücü avtobusu təxminən 70-80 km/saat sürətlə idarə edib ki, bu da ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.