Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 24 nəfər xəsarət alıb.

Məlumata görə, qəza sərnişin avtobusunun idarəetmədən çıxması nəticəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью