Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksikanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 27 nəfər yaralanıb. Avtosfer.az “ABC news” telekanalına istinadla xəbər verir ki, qəza Verakruz ştatının şərqində Perote-Xalapa şosesində baş verib. Yaralıların dərhal xəstəxanaya çatdırıldığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.