Avtobus yüksəklikdən AŞDI 31 ÖLÜ

18.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Boliviyanın Potosi şəhərində avtobusun 800 metr yüksəklikdən aşması nəticəsində ən azı 31 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Razon” qəzeti məlumat yayıb.

"İlkin rəqəmlər 31 nəfərin öldüyünü göstərir. Hələ ki, bütün cəsədlər çıxarılmayıb, iş davam edir və araşdırma aparılır", - nəşr yazıb.

Hadisə zamanı yaralanan 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью