Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtobus piyada keçidində qadını vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yaroslavl şəhərində baş verən hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, 26 yaşlı Yelena adlı qadın yola baxmadan piyada keçidinə daxil olub. Bu zaman hərəkətdə olan avtobus onu vurub. Zərbənin təsirindən asfalta çırpılan piyadanı avtobus bir neçə metr sürüyüb. Ağır bədən xəsarətləri alan 26 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev