Avtobus zolağına girməyən BakuBus sürücüsü qəza şəraiti yaratdı VİDEO

25.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda yol hərəkəti qaydasını pozan avtobus sürücüsü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 14-də, paytaxtın Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, "BakuBus"a məxsus 99-JZ-420 qeydiyyat nişanlı avtobusun sürücüsü dayanacaqdan hərəkətə başlayan zaman avtobus zolağına daxil olmayıb. O, ikinci zolaqla hərəkət etdiyi yerdə manevr edərək sol zolağa yerdəyişmə etməyə çalışıb. Bu zaman görüntünü qeydə alan avtomobilin sürücüsünə qəza şəraiti yaradıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью