Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular ANBAAN VİDEO

30.09.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Bizim.Media-ya NİİM-dən məlumat verilib.
"Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur.
 

Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar.


Eyni zamanda avtomobil sürücülərinin yaratdığı qəza şəraiti də marşurt avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur.
Sürücülər bilməlidir ki, avtobusun hərəkətinə yaradılan hər bir maneə onun marşrut üzrə qrafikindən geri qalmasına, nəticədə isə digər dayanacaqlarda sərnişinlərin daha uzun müddət gözləməsinə gətirib çıxarır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu məsələdə sürücüləri daha məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır".

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью