Avtobusa silahlı hücum edildi; azı 9 nəfər yaralanıb

29.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

HAMAS İordan çayının qərb sahilində İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA xəbər verir ki, bu barədə HAMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” bəyanat yayıb.

Bildirilib ki, atəş açan şəxs 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.

Qeyd edək ki, Samir Məhəmməd Əhməd Hüseyn hücum yerində İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçiləri tərəfindən zərərsizləşdirilib.

***

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub. APA xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.

Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью