Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtobusda bədbəxt hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində qeydə alınan hadisə kameraya düşüb.
Məlumata görə, şəhər daxili sərnişin avtobusunda ayaq üstə gedən 81 yaşlı təqaüdçü qəfildən müvazinətini itirərək yıxılıb. Yıxılma zamanı ağır xəsarətlər alan yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev