Avtobusda bu oturacaqlardan uzaq durun cibgirlərin sevimli yeridir

25.11.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avtobusda düzgün oturacaq seçimi cibgirlərdən və arzuolunmaz sərnişinlərdən qorunmağa kömək edə bilər.

Moderator.az "UNIAN"-a istinadən xəbər verir ki, mütəxəssislər avtobusun ön hissəsində, dəhliz tərəfdə oturmağı məsləhət görürlər. Bu yer ətrafı izləməyə, sürücü ilə əlaqə saxlamağa və təhlükə zamanı asanlıqla hərəkət etməyə imkan verir.

Qapıların yanındakı oturacaqlar isə məsləhət görülmür. Çünki cibgirlər oğurluqdan sonra tez bir zamanda avtobusdan uzaqlaşa bilərlər.

Mütəxəssislər həmçinin yaxşı işıqlandırılmış, digər sərnişinlərin yaxınlığında və çıxışı bağlamayan yerləri seçməyi məsləhət görürlər. Özünüzü narahat hiss etdikdə isə yerinizi dəyişməkdən və kömək istəməkdən çəkinməyin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью