Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Avtobuslarda sərnişinlər tərəfindən unudulmuş və ya itirilmiş əşyalara görə şirkət hüquqi məsuliyyət daşımır. Lakin sərnişin məmnuniyyətinin təmin edilməsi və ictimai xidmət prinsipinə uyğun olaraq daxil olan bütün müraciətlər diqqətlə araşdırılır. Mümkün hallarda itirilmiş əşyaların sahiblərinə geri qaytarılması üçün müvafiq tədbirlər görülür.
Əgər “BakuBus” MMC-yə məxsus avtobuslarının birində vətəndaş şəxsi əşyasını itiribsə, o, ad və soyadını, itirilmiş əşyanın qısa təsviri, həmçinin marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanını, hadisənin baş verdiyi təxmini tarix və saatı qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməlidir. Bu zaman müraciət qeydiyyata alınır və müvafiq avtobus deposuna yönləndirilir. Əgər əşya tapılarsa, bu barədə vətəndaşla əlaqə saxlanılacaqdır”.
Günel Həsənova, Bizimyol.info