Avtobusda qeyri etik görüntülər: Saxlanılan var VİDEO

17.06.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə ictimai nəqliyyatda qadınlara qarşı qeyri-etik hərəkətlər edən şəxsin görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı polis araşdırmalara başlayıb və həmin şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Bakıda 119 nömrəli marşrut avtobusunda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs 46 yaşlı Nizami İsgəndərovdur.

Adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью