Avtobusda uşaqlı sərnişini döydülər

18.02.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Zelenoqradda miqrantlar avtobusda qucağında uşağı tutan sərnişinə hücum edib.

News24.az bildirir ki, bu barədə “Zelenograd” Telegram kanalı məlumat yayıb. Hadisə şahidləri hadisəni lentə alıblar.

Görüntülərdə hücum edənlərin yüksək səslə qışqıraraq sərnişinləri təhqir etdiyi görünüb. Kişilərdən biri cinayətkarlara irad bildirib. Bundan sonra miqrantlar ona hücum edib və dava zamanı uşaq arabasını vurublar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənləri saxlayıb.

Zəhraxanım Şeydayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью