Avtobusdan düşən gənc qızı maşın vurdu Vəziyyəti ağırdır

18.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Şamaxıda gənc qızı "Ford" markalı avtomobil vurub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Şamaxı rayon sakini olan 2007-ci il təvəllüdlü Güldanə Aqşin qızı Xəlilova Məlikçobanlı kəndində avtobusdan düşüb, yolu keçərkən Nəcəf Xudaverdiyevin idarə etdiyi avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra isə Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Vəziyyətinin ağır olduğu deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью