Avtobusdan düşüb, yolu keçmək istəyən məktəblini maşın vurdu

23.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevirdə məktəblini maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesində baş verib. Belə ki, avtobusdan düşüb, yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu "Vaz 2107" markalı maşın vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.

Yaralı yeniyetmə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə  yerləşdirilib.

Qeyd edək ki, Amil Rzayev Mingəçevirdə yerləşən Kəlbəcər Məktəbinin 8-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью