Avtobusdan istifadə edənlərin nəzərinə! Bu gündən… KONKRET

25.11.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutların fəaliyyəti mərhələli qaydada bərpa olunub.

KONKRET.az-ın məlumatına görə, bu gündən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.

Bununla da müntəzəm avtobus marşrutları vətəndaşlara tədbirdən öncəki qrafik və sxemlə xidmət göstərəcək.

Hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobuslar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью