Avtobuslar 783 milyondan çox sərnişin daşıyıb

18.06.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 818 373,6 min sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1% artım qeydə alınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə avtobusdan istifadə edən sərnişinlərin sayı 783 milyon 655 min nəfərə (illik müqayisədə 9,2% çox) bərabər olub.

Qeyd edilib ki, sərnişinlərin 95,8%-i avtobus, 4,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью