Avtobuslar nə vaxt kondisioneri işə salacaq? Rəsmi aşıqlama

31.05.2025

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

May ayının sonudur. Artıq isti havalar müşahidə edilir. Temperaturun qalxması özü ilə bir sıra problemlər gətirir. Bunlardan biri də ictimai nəqliyyatdakı kondisioner problemidir.

Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, sabah Bakıda və Abşeronda havanın temperaturu  gecə 17-21° isti, gündüz 30-35° isti olacaq.

Lakin havanın isti keçməsinə baxmayaraq, marşrutlarda hələ də sərinləndirmə sistemi işə salınmır.

Maraqlıdır, avtobuslarda kondisioner sistemi nə vaxt işə salınacaq? Bunun üçün mövsümün başlamasını gözləməlidirlər?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya deyib ki, bununla bağlı daçıyıcılara tapşırıq verilib:

"Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью