Avtobuslar noyabrın 22dək ödənişsiz oldu Bu sənədi təqdim edin

09.11.2024

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Bakı Metropoliteni” QSC-dən isə verilən məlumatda noyabrın 6-dan 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olduğu bildirilib.

Metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью