Avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verildi

25.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью