Avtobusların hərəkətində PROBLEM Sərnişinlər yollarda qaldılar

13.12.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Bakının bəzi istiqamətində vətəndaşlar ictimai nəqliyyatdan normal istifadə edə bilmirlər.

Ölkə.az xəbər verir ki, bu barədə vətəndaşlar Baku.Ws-ə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, metronun "28 may" stansiyası istiqamətindən "Sahil" istiqamətində sərnişin avtobusları hərəkət etmirlər. Onlar 1 saatdan çoxdur avtobusun işləmədiyindən şikayətlənirlər.

Qeyd edək ki, analoji problem paytaxtın bir çox ərazisində müşahidə edilir. Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью